Aİ Ukraynaya 18 milyard avroluq yardım göstərməkdə çətinlik çəkir

12:29 13.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımının ayrılması məsələsi Avropa İttifaqında (Aİ) ciddi mübahisəyə səbəb olub, çünki vəsaitin nədən ibarət olacağı və hər bir ölkənin nə qədər pul ayıracağı bəlli deyil. Bu barədə The Wall Street Journal yazır.

Nəşr qeyd edib ki, Aİ vəsaitin böyük hissəsinin ABŞ tərəfindən kompensasiya ediləcəyinə, qalan vəsaitin isə beynəlxalq maliyyə təşkilatlarından kredit şəklində gələcəyinə ümid edir. Bu halda kredit vəsaitlərinin kifayət qədər uzun ödəmə müddəti olacaq.