Yazını böyüt
Yazını kiçilt
Bu il yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ötən il yanvarın 1-nə nisbətən 7% çox - 711,9 min olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Məlumata görə, bunun 39,9 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə illik müqayisədə 13,2% çoxdur.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 12,3% artaraq 165 minə çatıb.