Aktyor Mark Ruffalo: “ABŞ-ın İsrailə dəstəyi atəşkəsə mane olur”

09:47 11.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerikalı aktyor Mark Ruffalo ABŞ administrasiyasının Qəzza böhranı ilə bağlı rəftarını tənqid edib. Ruffalo bildirib ki, ABŞ-ın İsrailə dəstəyi və qəsəbələrin tikintisi münaqişəni daha da dərinləşdirib, insanların lazımsız yerə ölməsinə səbəb olub.

Hafta.az-ın yazdığına görə, Ruffalo ABŞ hökumətinin İsrailə davamlı dəstəyini “zorakılığa təhrik etmək və Qəzza zolağında atəşkəs əldə etmək səylərinə mane olmaq” kimi qiymətləndirib.

Bayden administrasiyasının ABŞ-ın hərbi yardımla bağlı qanunlarını həyata keçirmək üçün öz təsir imkanlarından istifadə etmək istəmədiyinə işarə edən Ruffalo əlavə edib ki, ABŞ administrasiyası bütün dünyadan artan sülh çağırışları qarşısında müəyyən “qırmızı xətləri” qoruyub saxlaya bilməyib.

Ruffalo deyib: “Əgər ABŞ daha qətiyyətli mövqe tutsaydı, Qoldberq-Bolin kimi ölümlərin qarşısı alına bilərdi”.

Ruffalo həmçinin İsrail yaşayış məntəqələrinə qarşı nümayiş zamanı öldürülən türk əsilli gənc, amerikalı etirazçısı Ayşənur Əzgi Eygini də yad edib. Deyib ki, ABŞ böhrandakı rolunu qəbul etməli, xüsusilə İsrailin Qərbdəki yaşayış məskənləri ilə bağlı daha balanslı yanaşma göstərməlidir.

Dövlət katibi Antoni Blinkeni də tənqid edən Ruffalo, Qoldberq-Bolinin ölümündən sonra Blinkenin açıqlamalarının bölgədəki ABŞ vətəndaşlarının təhlükəsizliyinə lazımi səviyyədə toxunmadığını bildirib.

Amerikalı aktyor Vaşinqtonu İsrail və Qəzzada mürəkkəb vəziyyətdən asılı olmayaraq öz vətəndaşlarını qorumaq üçün daha sərt tədbirlər görməyə çağırıb.

Digər tərəfdən, İsrailin "Jerusalem Post" qəzeti Mark Ruffalonun dünənki paylaşımlarının müzakirələrə səbəb olduğunu yazıb. Qəzetin yazdığına görə, bəzi dairələr Ruffalonun mövqeyini dəstəklədiyi halda, digərləri Qoldberq-Paulinin qətlini pisləyərək, onun “diqqəti siyasi məqama yönəltmək üçün istifadə etdiyini” iddia ediblər.