Albaniyanın Baş naziri Azərbaycana gəlib

23:49 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Albaniya Respublikasının Baş naziri Edi Rama dekabrın 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hafta.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Oxunma sayı 955
Siyasət rubrikasından digər xəbərlər