Ali Məclisin komitə iclasları keçirilib

20:21 26.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti, Sosial siyasət, İqtisadi siyasət və Humanitar siyasət komitələrinin iclasları keçirilib.

Hafta.az-ın məlumatına görə, Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, iclaslarda VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin 2025-ci ilin ötən dövrü ərzində fəaliyyətlərinə dair hesabatları diqqətə çatdırılıb, məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.