Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək.
Hafta.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndinə əsasən “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.