Almaniyada 17-ci əsrə aid iki rəsm əsəri tapılıb

09:38 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyada yol kənarındakı zibil konteynerindən 17-ci əsrə aid iki rəsm əsəri tapılıb.

Hafta.az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, Bavariyada magistral yolu yaxınlığında rəsmləri tapan şəxs incəsənət əsərlərini polisə təhvil verib.

Əsaərlərin Niderland və italyan rəssamları Samuel van Hoqstraten və Pyetro Belloti tərəflərindən çəkildikləri ortaya çıxıb.

 

Mütəxəssislərin ilk təxminlərinə görə tapılan rəsmlər orijinaldır. Bunlardan biri 1625-1700-ci illərdə yaşayan Bellotinin, digəri isə 1627-1678-ci illərdə Niderlandda yaşayan van Hoqstratenin çəkdiyi qırmızı papaqlı oğlanın portretləridir.

Qeyd edilir ki, Samuel van Hoqstragenin rəsmləri auksionlarda 300 min dollara qədər qiymətə satılır.

Oxunma sayı 533