Almaniyada keçirilən sərgidə yüzlərlə çinli zəhərləndi

15:43 21.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Düsseldorf şəhərində keçirilən tibbi avadanlıqlarla bağlı sərgidə 100-dən çox Çin vətəndaşı zəhərlənib, dörd nəfər xəstəxanaya yerləşdirilib.

Hafta.az xəbər verir ki, bu barədə "Sohudan" nəşri məlumat yayıb. Məlumata görə, Çin baş konsulluğu məsələyə müdaxilə edib, zərərçəkənlərə yardım göstərilib.

Məlum olub ki, sərgidə paylanan yeməklərin hazırlanması prosesində pozuntular qeydə alınıb.

Qidaları hazırlayan Çin restoranı üzrxahlıq edərək, yeməklərin hazırlanması prosesində ciddi səhvlərə yol verildiyini etiraf edib.