Almaniyanın ictimai telekanalından Azərbaycana qarşı təxribat – Vardanyandan müsahibə götürdülər...

11:23 07.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın "ZDF" ictimai telekanalı Azərbaycan Respublikasının bir hissəsini müvəqqəti nəzarətdə saxlayan Rusiya "sülhməramlı"larının himayəsindəki separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Ruben Vardanyandan müsahibə götürüb. 

Hafta.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, R.Vardanyan bu haqda öz teleqram-kanalında yazıb.

“Qarabağdakı ermənilər öz gələcəyini Azərbaycanın tərkibində görmür və bu məsələdə öz aydın mövqeyini çoxdan ifadə edib. Azərbaycan da anlamalı və qəbul etməlidir ki, sülhə nail olmağın yeganə yolu eyni regionda yan-yana yaşamaqdır, amma birlikdə yox. Bunları Almaniya telekanalına müsahibəmdə bir daha söyləmək imkanım oldu” -deyə üzdəniraq “dövlət naziri” sərsəmləyib.

Telekanal geniş reportajda Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejimdən bəhs edib. O cümlədən sərhəddəki 13 sentyabr qanlı qarşıdurmalarını “Azərbaycanın  Ermənistana təcavüzü” kimi təqdim edərək onun "nəticələri"ndən danışıb. Almaniya telekanalı həmçinin bu il oktyabrın 30-da  Kremlin separatçı rejim, xüsusən də Putinin milyarder “desantı” sayılan həmin R.Vardanyan vasitəsilə Xankəndinin "Dirçəliş" meydanında təşkil etdiyi çoxminlik mitinqin kadrlarını nümayiş etdirib.

Oxunma sayı 1405