Almanlar Trampın prezident seçiləcəyi təqdirdə münasibətlərin pisləşəcəyini düşünür

22:30 13.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almanların 62 faizi Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ ilə əlaqələrin pisləşəcəyini düşünür.

Hafta.az yerli mediaya istinadla xəbər verir ki, Alman Mətbuat Agentliyinin (DPA) təşəbbüsü ilə aparılan rəy sorğusunda iştirak edən respondentlərin cəmi 10 faizi "Respublikaçılar"ın namizədi Tramp qalib gələrsə Almaniya-ABŞ münasibətlərinin inkişaf edəcəyinə inanır.

Rəyi soruşulanların 19 faizi münasibətlərin indiki səviyyədə qalacağını düşünür. Bundan başqa, respondentlərin 9 faizi "Demokrat" partiyasının namizədi Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə münasibətlərin pisləşəcəyini hesab edir.

Rəyi soruşulanların 35 faizi ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini, 44 faizi isə eyni səviyyədə qalacağını düşünür.