Yazını böyüt
Yazını kiçilt
Elm adamları yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbiylə Amazonun yüzdə 38-nin pisləşdiyini bildirən elm adamları 2050-ci ilə qədər tropik meşələrin 10-47 faizinin məhv ola biləcəyini düşünürlər.
Rütubət səviyyəsi bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.
Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini istehsal etdiyi üçün “dünyanın ağciyərləri” olaraq xarakterizə edilir.
Araşdırmanın təfərrüatları "Nature" jurnalında dərc olunub.