AMB növbəti valyuta hərracını keçirib

14:01 06.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə hafta.az AMB-yə istinadən xəbər verir.

Tənzimləyicinin məlumatına görə, hərracda tələb 49,2 milyon dollar təşkil edib və tam ödənilib.

Hərracın yekunlarına görə orta çəkili məzənnə 1,7 AZN/1 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AMB 2017-ci ilin yanvar ayının ortalarından rəqabətli şəraitdə xarici valyutanın birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə başlayıb.

Oxunma sayı 1671