“American Express” 1917-ci ildən sonra ikinci dəfə Rusiyanı tərk edir

09:40 22.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

American Express Bank-ın Rusiya şöbəsi ləğv prosedurlarına başladıqlarını açıqlayıb. Bank Ukraynaya qarşı hərbi əməliyyatdan sonra Rusiyadakı fəaliyyətini dayandırıb.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, “American Express” Rusiya bazarını Oktyabr inqilabından sonra tərk edib və tarix təxminən bir əsr sonra təkrarlanıb.

Xəbərdə “American Express” kartlarının Rusiya bazarında heç vaxt rəqabət aparmadığı, lakin öz istifadəçi bazasına malik olduğu vurğulanır. Müvafiq olaraq, bankın Rusiya bazarından çıxması sözügedən auditoriya üçün çox problemli proses olacaq.

Vladimir Putin mayın sonunda American Express Bank-ın könüllü ləğvinə icazə verən fərmanı təsdiqləyib.

“American Express” Rusiya bazarına ilk dəfə 1916-cı ildə Sankt-Peterburqda çıxıb. Sankt-Peterburqda açdığı filialla biznesə girib. Oktyabr inqilabından bir il sonra bank ölkədəki nümayəndəliyini bağlayıb.

Lakin şirkət 1957-ci ildə Moskvada filial açaraq bu coğrafiyaya qayıdıb.