Ana 8 yaşlı qızı ilə itkin düşdü

11:34 30.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə ana azyaşlı övladı ilə birlikdə itkin düşüb.

Hafta.az trend-ə istinadən xəbər verir ki, rayonun Böyük Dəhnə kəndində oktyabrın 26-da kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fatma Əliş qızı 2011-ci il təvəllüdlü qızı Allahverdiyeva Arzu Bəhruz qızı ilə birlikdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.