Ana və qızını vurub öldürən sürücü həbs edildi

13:39 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsini törədən sürücü tutulub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumatda bildirilir ki, həmin gün saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyevanı və qızı Hədiyyəni vurmuş, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmişlər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

İstintaq zamanı hadisə yerinə baxış keçirilmiş, şahid ifadələri alınmış və müvafiq ekspertizaları təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən "həbs" qətimkan tədbiri seçib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxunma sayı 1849