ANAMA-nın əməkdaşı minaya düşüb

13:51 26.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunda mina partlayışı olub.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Qeyd olkunub ki, onun vəziyyəti qənaətbəxşdir.