ANAMA Qarabağda basdırılan minaların sayını AÇIQLAYIB

14:15 09.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Hafta.az xəbər verir ki, bu qurumun “X” (tvitter) sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, ötən həftə tank əleyhinə 67, piyada əleyhinə isə 31 mina aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin 426.5 hektar ərazi minadan təmizlənib.

Oxunma sayı 160