Annelena Berbok səkkizinci dəfə Ukraynaya gəldi

15:28 04.11.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın xarici işlər naziri Annelena Berbok Rusiyanın tammiqyaslı təcavüzündən sonra Ukraynaya səkkizinci səfəri çərçivəsində noyabrın 4-də Kiyevə gəlib.

Hafta.az  "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda Almaniyanın "Der Spiegel" jurnalının jurnalisti Kristof Şults "X" sosial şəbəkəsində məlumat yayıb.

Təfərrüatlar:

Jurnalistin sözlərinə görə, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-də keçiriləcək prezident seçkilərindən bir gün əvvəl ukraynalılara “nə qədər ki, bizə ehtiyacıara var” o qədər dəstək verəcəklərini vəd edib.

Bundan əvvəl baş verənlər:

May ayında prezident Vladimir Zelenski Berbok ilə görüşü zamanı onu “Xidmətlərə görə” Yaroslav Mudrı ordeni ilə təltif etmişdi.

Bu yaxınlarda Almaniya Xarici İşlər Nazirliyi Şimali Koreya qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edəcəyi təqdirdə KXDR-ə qarşı yeni sanksiyaların tətbiqi barədə xəbərdarlıq edib.