“Apokalipsis”in aktyoru vəfat etdi 

22:02 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikalı aktyor Xerar do Tarasena vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə Meksika Kino İncəsənəti və Elmləri Akademiyası məlumat yayıb. “Apokalipsis” filmi və “Narko: Meksika” serialı ilə tanınan 55 yaşlı aktyorun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Xerar kino karyerası 80-dən çox rolu əhatə edib. O, “Qorxu gölü: Mövcudluq”, “Skripka”, “Adsız”, “Azadlığın səsi” kimi filmlərdə və “Cənubun kraliçası” serialında da rol alıb.