"Nikosayağı"nın oğlu ilə paylaşımı

13:25 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirli yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Hafta.az xəbər verir ki, onun oğlu ilə birgə paylaşımı izləyicilərin marağına səbəb olub. Görüntüyə çox sayda bəyənmələr gəlib və şərhlər yazılıb.

Xatırladaq ki, 2023-cü ilin avqust ayında N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılaraq ağır qəza törədib.

Hadisə nəticəsində avtomobildə olan bloqerin yaxın dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirli özü isə ağır xəsarət alıb və nəticədə onun sağ qolu dirsəkdən amputasiya olunub.