Yazını böyüt
Yazını kiçilt
"Ulduz müharibələri" filminin çəkilişlərində istifadə olunmuş Lyuk Skayuokerin orijinal işıq qılıncı hərracda 3.75 milyon dollara satılıb.
Hafta.az "Hollywood Reporter" qəzetinə istinadən xəbər verir ki, söhbət Lyuk Skayuokerin 1980-ci il istehsalı olan "Ulduz müharibələri: Epizod V - İmperiya cavab zərbəsi vurur" filmində Dart Veyderlə döyüşərkən istifadə etdiyi işıq qılıncından gedir.
Bu satış "Ulduz müharibələri" saqasının çəkilişlərində istifadə olunmuş rekvizitlər arasında yeni dünya rekordu müəyyənləşdirib.
Xatırladaq ki, əvvəlki rekord 1977-ci il istehsalı olan ilk filmdən qalma "X-wing" qırıcı təyyarəsinin orijinal modelinə məxsus idi. Həmin model 2023-cü ilin oktyabrında 3.135 milyon dollara satılmışdı.