Aptek müdirinin meyiti asılmış vəziyyətdə tapıldı

14:20 07.02.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.

Hafta.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.