Aralarında mənim də olduğum 176 məhkumu əfv etməyiniz yüzlərlə ailəyə sevinc bəxş etdi - keçmiş məhkumdan Prezidentə təşəkkür

18:26 30.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnədarlığımı bildirirəm.

Yaranmış çətin vəziyyətdə həmişəki kimi düzgün qərarlar qəbul etməyiniz, yeni səhiyyə ocaqlarının, tibbi maska və ləvazimatlar istehsal edən müəssisələrin açılması təqdirəlayiqdir. Bunlar Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz Sizinlə qürur duyuruq, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik.

Bu il imzaladığınız Sərəncamla aralarında mənim də olduğum 176 məhkumu COVID-19 virusundan qorumaq məqsədilə əfv etməyiniz yüzlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, Sizə bir daha ölkə əhalisinin rəğbətini qazandırdı. Buna görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Namazov Qəhrəman Murad oğlu, texnika üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

Oxunma sayı 1977
Sosial rubrikasından digər xəbərlər