Aralıq dənizində 2 minə yaxın immiqrant saxlanılıb

11:42 24.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tunisdə Aralıq dənizinin şərq sahillərində 1178 sənədsiz immiqrant saxlanılıb və onların İtaliyaya qeyri-qanuni keçmək cəhdinin qarşısı alıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Tunis Milli Qvardiyasının bəyanatında deyilir.

Dəniz mühafizəçiləri Sfaks əyaləti sahillərində gəmiləri saxlayaraq, Cənub-Şərqi Afrikadan olan 1160 immiqrantı və 18 tunislini xilas ediblər. Bundan əlavə, əməliyyatlar zamanı iki meyit də tapılıb.