Arayik, Qurgen və Kamo Xankəndində təşviş içində - Təcili iclas çağırdılar

18:50 31.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsində 32-ci ildir ki, Kremlin himayəsndə fəaliyyən göstərən  separatçı-terrorçu rejim təşviş içindədir. Belə ki, martın 31-də rejimin üzdəniraq başçısı  Arayik Arutyunyanın sədrliyi ilə  “təhlükəsizlik şurası”nın “növbədənkənar genişləndirilmiş iclası” çağırılıb.

Hafta.az xəbər verir ki,  Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, “blokadanın sərtləşdirilməsi fonunda” “müdafiə, əhalinin təhlükəsizliyi və xalqın güzəranının təmin edilməsi” ilə bağlı məsələlər müzakirə edilib.  Həmin mövzularda qanunsuz “dövlət naziri” Qurgen Nersisyan və qondarma “müdafiə naziri”, general-leytenant Kamo Vardanyan məruzə ediblər.

Arayik müzakirə olunan məsələlərlə bağlı dövlət başçısı “səlahiyyətli orqanlara bir sıra tapşırıqlar verib”.

Siyasət rubrikasından digər xəbərlər