Arayik Arutyunyan BU KƏNDDƏ GIZLƏNIB? – “YERALTI BUNKERLƏR, TUNELLƏR...”

17:51 03.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Qarabağdakı son antiterror əməliyyatı zamanı mən də bələdçi və döyüşçü kimi bir qrup döyüşçümüzü 31 il döyüşərək, qonşu Quşçular kənd sakinləri ilə birgə 6500-dən soydaşımızın düşmən mühasirəsindən çıxmasına kömək edərək çıxmağa məcbur olduğum doğma kəndimə - Şuşa rayonunun Malıbəyli kəndinə getdim. Biz səhərin ala-toranında ətrafdakı bütün mövqeləri nəzarətə götürdüyümüzdən  postlardakı düşmənlər yuxudan ayılıb artıq bütün yüksəkliklərin nəzarətə keçdiyini görən kimi silahlarını atıb qaçdılar”.

Bunu hafta.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, kəşfiyyatçı zabit Azay Kərimov söyləyib.

“Kəndimizdə və Xankəndinə yaxın digər ərazilərdə olduğumuz müddətdə Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi separatçı liderlərin harada gizlənə biləcəyini də düşünürdüm. Belə qənaətə gəldim ki, çox güman, həmin separatçıbaşılar Əsgəranla Xankəndi arasında naqolay, dalda bir yerdə  yerləşən, xəritəyə də düşməyən Həsənabad kəndində gizləniblər. Maraqlıydı ki, Şuşadan da, Ağdamdan da “Qrad” yaxud top atanda oraya çatmırdı. Çox insanın ağlına gəlmir ki, orada belə bir kənd var. Həsənabad Xocalı rayonuna aid bir məntəqədir.  Ermənilər yaşayırdı orada. Kəndin yaxınlığında Ceyran gölü adlanan kiçik göl də var. Hələ 1991-1992-ci illərdə Xankəndi, Əsgəran artilleriya, aviasiya zərbələrinə məruz qalanda Köçəryan, Sərkisyan, Balasanyan və s. kimi liderlərin hamısı gedib orada gizlənirdi. Həsənabadda onların gizli yeraltı bunkerləri, tunelləri var idi. Xankəndidən oraya avtomobillə cəmi 9-10 dəqiqəlik yoldur. Lazım olanda tez  gedib-qaydırdılar. O vaxt mən bir neçə dəfə həmin əraziyə girməyə cəhd göstərmişdim. Orada yerli sakin çox az idi. Əsasən Ermənistandan və xaricdən gətirilmiş peşəkar yaraqlılar toplanmışdı Həsənabada. Hesab edirəm ki, hazırda da separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”ləri Araik, Bako, Arkadi, eləcə də Vitali və s. məhz dediyim kənddəki sığınacaqlarda gizlənirlər. Yəqin ki, ordumuz tezliklə həmin kəndi də nəzarətə götürüb məsələni aydınlaşdırar”-deyə kəşfiyyatçı zabit vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər