Argentina Böyük Britaniya ilə Folklend adaları müqaviləsindən çıxıb

10:24 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Argentina Böyük Britaniyanı Folklend adaları ərazisində inzibati və iqtisadi fəaliyyətin aparılması şərtlərini müəyyən edən Foradori-Dunkan sazişinin denonsasiyası barədə xəbərdar edib. Bu barədə Cənubi Amerika ölkəsinin xarici işlər naziri Santyaqo Kafiero sosial şəbəkələrdə məlumat verib.

Söhbət Argentinanın xarici işlər nazirinin müavini Karlos Foradori və Böyük Britaniya xarici işlər nazirinin müavini Alan Dunkan tərəfindən imzalanan 2016-cı il paktından gedir. Müqavilə Argentina və Böyük Britaniya arasında dialoq mexanizminin yaradılmasını və Folklend adalarında iqtisadi vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tutur.

Öz növbəsində Britaniyanın xarici işlər naziri Ceyms Kleverli xatırladıb ki, adalar Böyük Britaniyaya məxsusdur, çünki belə bir qərarı onların sakinləri veriblər.

Böyük Britaniya 1833-cü ildə Folklend adalarını ilhaq edib. Təxminən 200 ildir ki, onlar Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olublar.