Yazını böyüt
Yazını kiçilt
ESPN xəbər verir ki, Argentina və Uruqvay milli komandaları 2022-ci il dünya çempionatının keçiriləcəyi Qətərə bir ton ət aparıblar.
Mənbənin məlumatına görə, Cənubi Amerika komandaları özləri ilə 900 kq ət aparıblar. Bu ölkələr dünyada ən çox ət istehlak edənlər sırasındadır.
Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnirin açılış oyununda meydan sahibləri Ekvador millisini qəbul edəcək. Həmçinin onlarla eyni qrupda Seneqal və Hollandiya da oynayacaq.