Artilleriyaçılarımız Qazaxıstana səfər edib

18:24 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər edən komandamıza brifinq təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, brifinqdə artilleriyaçılarımıza təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib.

Oxunma sayı 121
Siyasət rubrikasından digər xəbərlər