Arutyunyan Bakı ilə danışıqları bərpa etmək üçün Balasanyanı geri qaytarır

18:38 19.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan mediası yazır ki, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Vitali Balasanyanı “siyasi meydançaya qaytarmaq” qərarına gəlib.

Nəşrin yazdığına görə, Arutyunyan Balasanyanı qayıtmağa razı sala bilib və yaxın günlərdə o, “hərbi məsələlər üzrə müşavir” təyin olunacaq və ona Azərbaycan tərəfi ilə danışıqları bərpa etmək tapşırılacaq, Balasanyan isə bunu “təhlükəsizlik katibi” kimi edib".

Nəşrin məlumatına görə, Balasanyan “dövlət naziri” Ruben Vardanyanın təkidi ilə “işdən çıxarılıb”. Sonuncu Balasanyanı ittiham edib ki, o, “Qarabağın maraqlarını müdafiə edə bilmir və danışıqlarda Azərbaycanın tələblərini yerinə yetirir”.

Nəşrin yazdığına görə, Arutyunyan Azərbaycanla danışıqlara hazır olduğunu nümayiş etdirir. Üstəlik, o, Qarabağda qərarları Ruben Vardanyan yox, o verdiyini göstərir.haqqın.az

Siyasət rubrikasından digər xəbərlər