ASAN İnnovativ İnkişaf Mərkəzi beynəlxalq əməkdaşlığı genişləndirir

17:16 01.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ASAN İnnovativ İnkişaf Mərkəzi Danimarkanın “Inthrface” şirkəti ilə əməkdaşlığa başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində müxtəlif özəl və dövlət qurumların nümayəndələri üçün “Lego Serious Play” metodu ilə “Yaradıcı strategiyanın inkişafı” vörkşopu təşkil edilir.

“Lego Serious Play" metodu üzrə təlimçi Marc Sonnaert tərəfindən vörkşop ilk dəfə martda keçirilib.

Vörkşopda 50-dən çox işgüzar şəxsi lego kərpicləri vasitəsilə “Komanda işinin təşkilində yaradıcı strategiyanın rolu” mövzusu üzrə müxtəlif tapşırıqları yerinə yetiriblər. Onlar üç saat ərzində “LEGO” modelləri vasitəsilə mürəkkəb fikirləri sadələşdirərək modelləri haqqında hekayələr danışıblar.

Məqsəd əyləncəli, yaradıcı və fərqli komanda qurmaq təcrübəsinə sahib olmaq, innovativ və strateji düşünməni gücləndirməkdir.