Astarada qadın qadını bıçaqladı

14:51 08.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara rayonunda gəlinlər arasında dava düşüb.

 

Hafta.az xəbər verir ki, hadisə Şəmətük kəndində qeydə alınıb.

 

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 29