Yazını böyüt
Yazını kiçilt
Nal haqqında olan ən maraqlı rəvayət isə xristian kilsəsinə məxsusdur. X əsrə aid olan rəvayətə görə, Kanterbur kilsəsinin baş yepiskopu Dunstan din adamı olmazdan əvvəl nalbəndlik edərmiş. Bir gün şeytan cildini dəyişdirərək onun yanına gəlir və at ayağı şəklindəki ayaqlarına nal taxmasını istəyir. Dunstan şeytanı dərhal tanıyar və ona ayaqlarına nal taxa bilməsi üçün onu divara zəncirlərlə bağlamalı olduğunu deyir. Şeytanı çox möhkəm bir şəkildə divara bağlayan nalbənd nalın mismarlarını o qədər acı və iztirab verəcək şeytanın ayaqlarına vurur ki, şeytan aman istəmək məcburiyyətində qalır. Nalbənd şeytana bir daha Allaha inanan heç bir insanın evinə girməyəcəyinə dair söz verəcəyi təqdirdə onu sərbəst buraxacağını söyləyir. Şeytan "Bəs, mən o insanları necə ayırd edəcəyəm?" - deyir. Nalbənd əlindəki nalı havaya qaldıraraq "Sənə bu işarə kömək edəcək. Bunu qapısının üstündə gördüyün heç bir evə girməyəcəksən".
At nalı qapıya təsadüfi asılmır. Qapının tam üzərində və ucları yuxarı baxacaq şəkildə olmalıdır ki, yaxşı şans nalın uclarından aşağı süzülüb getməsin. At nalını gecələr qorxulu yuxular görməmək üçün yataq otaqlarına da asırlar. Zamanımızda isə at nalları hələ də nəzər muncuğu, uğur əlamətidir.
Nigar