ATƏT-in Baş katibi Gürcüstana rəsmi səfər edəcək

16:52 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Baş katibi Helqa Maria Şmid iyunun 14-də Gürcüstana rəsmi səfər edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ikigünlük səfər çərçivəsində ATƏT-in Baş katibi Gürcüstan prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlament sədri Kaxa Kuçava ilə görüşəcək.

H.Maria Şmidin həmçinin Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, eləcə də müxalifət nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Oxunma sayı 562