ATLAS kometası Günəşə yaxınlaşanda məhv oldu

18:14 29.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

C/2024 S1 (ATLAS) kometi Günəşə yaxınlaşarkən sağ qala bilməyib və oktyabrın 28-də parçalanıb. Bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında bildirib.

“C/2024 S1 kometası - ATLAS Günəşə yaxınlaşmasından sağ çıxa bilməyib və gələn videolara görə, oktyabrın 28-də səhər saat 10 radələrində məhv edilib və bu, bizi başqa bir maraqlı hadisəni müşahidə etmək imkanından məhrum edib”, - deyə o qeyd edib.