Yazını böyüt
Yazını kiçilt
Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele Lionel Messinin Argentina yığmasının heyətində növbəti dəfə dünya çempionu ola biləcəyinə inanır.
29 yaşlı forvard "Barselona"dakı sabiq komanda yoldaşı barədə bu sözləri deyib:
"Messi? Sözsüz ki, bəli. O, istənilən kuboku qazana bilər. Mən "Barselona"da oynayanda artıq bunun şahidi olmuşam. Dörd yaş qocalması heç nəyi dəyişmir. O, indiyə qədər gördüklərimin ən yaxşısıdır. Tarixin ən yaxşı futbolçusudur. Əvvəlki kimi yenə də təhlükəlidir. Qoy artıq 38 yaşı olsun, amma onu dayandırmaq yenə də çətindir. Ustalıq öz yerində qalır. Messiyə qarşı diqqətli olmalıyıq. Çünki o, yenidən qalib gəlməyə qadirdir".