İyunun 15-də Çinin Quyyan şəhərində boks üzrə Dünya Kuboku start götürəcək.
Boks Federasiyasından hafta.az-a verilən məlumata görə, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya Kubokunda Sübhan Mamedov (50 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Məhəmmədəli Aşırəliyev (60 kiloqram), Malik Həsənov (65 kiloqram), Nəbi İsgəndərov (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Alfonso Dominqesə (90 kiloqram) şans verəcək.
Çimkənddə təlim-məşq toplanışında olan boksçularımız Quyyana Qazaxıstandan yollanacaqlar. Dünya Kubokunun püşkü iyunun 14-da atılacaq.
Qeyd edək ki, Azərbaycan boks millisi Braziliyada keçirilən ilin ilk Dünya Kubokunda 3 qızıl, 1 bürünc medal qazanıb.