Avropa İttifaqı bu il Azərbaycandan qaz alışına 5 milyard avro xərcləyib

18:07 19.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin ikinci rübünün yekunlarına görə, Aİ ölkələrinin Azərbaycandan qaz alışı üçün xərcləri 2,8 milyard avro təşkil edib.Bu ölkədən yanacaq regiona Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə çatdırılır, Hafta.az bu barədə Avropa Komissiyasının (AK) məlumatlarına istinadən xəbər verir.

“İkinci rübdə Azərbaycandan Avropaya qaz tədarükünün artımı illik ifadədə 57% təşkil edib. Birinci rübdə Aİ bu məqsədlər üçün 2,1 milyard avro xərcləyib (artım 33,3%). Ümumilikdə ilin birinci yarısında Avropa Azərbaycandan 4,9 milyard avroya qaz alıb”, - deyə hesabatda bildirilir.

Tədarükün artımı daha çox Azərbaycan yanacağının qiymətlərinin birja kotirovkaları ilə müqayisədə nisbətən aşağı olması ilə bağlıdır. Belə ki, aprel-may aylarında İtaliya və Yunanıstan üçün bu yanacağın qiyməti MVt/saat üçün 98,19 avro, Bolqarıstan üçün 86,32 avro təşkil edib. İkinci rübün nəticələrinə görə, Aİ-nin xammal idxalının strukturunda Azərbaycan qazının tədarükünün payı 2,9% təşkil edib.