Politico Aİ-dəki diplomatik mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı Kiyevə 2023-cü il üçün 18 milyard avroya qədər maliyyə yardımının əhəmiyyətli hissəsini kredit şəklində ayırmağı planlaşdırır.
Söhbət Ukraynanın gələn il üçün büdcəsinin doldurulması üçün Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən Kiyevə vəd edilən ayda 1,5 milyard avro məbləğində yardımdan gedir.
Nəşrin mənbələrinin istinad etdiyi Avropa Komissiyasının (AK) sənəd layihəsinə əsasən, AK Aİ ölkələrinə Ukraynaya yardımın maliyyələşdirilməsi üçün vəsait cəlb etmək üçün üç variant təklif edəcək ki, bu da Aİ-dən müxtəlif maliyyə zəmanətləri kombinasiyasına qarşı güzəştli borcların alınmasını nəzərdə tutur. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, Aİ ölkələri kredit zəmanəti ilə razılaşarsa, Kiyev bu krediti ödəmək üçün “on illik güzəşt müddəti” ala bilər.