Yazını böyüt
Yazını kiçilt
Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) noyabrın 21-nə təyin edilmiş plenar iclasda deputatların Rusiya Federasiyasının “terrorçu dövlət” adlandırılacağı qətnaməyə səs vermək niyyətində olduqlarını açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
“Gələn həftə biz Rusiyanı terrorçu dövlət kimi tanıyan qətnaməyə səs verəcəyik”, - sənəddə deyilir.
Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qətnamələri məcburi deyil, lakin digər Avropa qurumları Avropa Parlamentinin deputatlarının rəyini nəzərə almağa borcludurlar.