Yazını böyüt
Yazını kiçilt
Noyabrın 28-də Avropa Parlamentinin üzvü Natali Luazonun “yüksək himayəsi altında “Dağlıq Qarabağ: təhlükə altında olan irs” adlı sərginin açılış mərasimi olub”.
Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu barədə Ermənistanın Belçikadakı səfirliyi məlumat yayıb.
Məlumata görə, tədbirdə Avropa Parlamentinin üzvü Natali Luazo, Ermənistanın Belçikadakı səfiri və Avropa Birliyindəki nümayəndəliyinin rəhbəri Anna Ağacanyan və Ernənistan Xarici İşlər Nazirliyinin diplomatik məktəbinin direktoru Vahe Qabrielyan çıxış ediblər.
Səfir Vahe Qabrielyanın təşkil etdiyi foto-sərgi Avropa Parlamentində dekabrın 1-dək nümayiş etdiriləcək.