“Avropa Parlamenti bazarlıq meydanına çevrilib. Avropa Parlamentində “əl əli yuyar, əldə üzü” prinsipi ilə işləyirlər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov bildirib.
Deputat qeyd edib ki, hətta Ermənistan parlamenti Azərbaycan əleyhinə qarşı bu qədər sərt bəyanatlar qəbul etməyib.
Avropa Parlamentində korrupsiya, rüşvətlə işləyən nümayəndələrini olduğunu deyən deputat, onların bu gün də öz missiyasını yerinə yetirdiyini deyib.
“Avropa Parlamenti Azərbaycanla münasibətlərə ciddi zərbə vurur. Aİ yekcins deyil və Azərbaycanın mövqeyini müdafiə edən Avropa Komissiyası onu fərq edir ki, oturduğu ağacın budağını kəsmək nə deməkdir. Ona görə də Avropa Parlamentinin hoqqabazlıqlarının heç bir mənası yoxdur”.