Avropa Rusiya ilə müharibəyə hazırlaşır - XİN rəhbəri

09:29 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı 2030-cu ildə Rusiya ilə baş verə biləcək mümkün hərbi qarşıdurmaya hazırlaşır.

Hafta.az xəbər verir ki, bu barədə MTI agentliyi Macarıstanın xarici işlər naziri Peter Szijjártodan sitat gətirib.

“Aİ-nin strateji sənədlərində qeyd olunur ki, 2029-cu ilə qədər tam döyüş hazırlığına nail olmaq lazımdır. Bu isə Avropa ilə Rusiya arasında 2030-cu ildə müharibənin başlama ehtimalını nəzərdə tutur”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, yaxın illərdə bütün qitədə “alovlanma” riski mövcuddur.