Avropa və ABŞ Rusiyadan 1,7 milyard dollarlıq nüvə xammalı aldı

10:05 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Euronews” telekanalının sənaye ekspertlərinə əsaslanan xəbərinə görə, Rusiya Ukraynada müharibə başlayandan sonra da ABŞ və Avropa şirkətlərinə 1,7 milyard dollar dəyərində nüvə məhsulları ixrac edib.

Hafta.az-ın yazdığına görə, Qərb sanksiyalarından kənarda qalan bu məhsullar vasitəsilə Moskva yüz milyonlarla dollar gəlir götürməyə davam edir. Lakin bu, həm tərksilah ekspertləri, həm də bəzi siyasətçilər tərəfindən mübahisələndirilir, çünki idxal Moskvanın nüvə silahlarının davamlı inkişafını və onun əmək qabiliyyətini dəstəkləyir.

Xəbərin xülasəsi belə davam edir: “Əsasən mülki nüvə stansiyalarında istifadə edilən bu yanacağın Rusiyadan hədsiz asılılığı, Putinin təchizatı kəsəcəyi təqdirdə ABŞ və Avropa ölkələrində enerji qıtlığı riskini də gətirir.

Vaşinqtonda yerləşən Silahsızlaşdırma Siyasəti Təlim Mərkəzinin direktoru Henri Sokolski maliyyə qaynaqlarını silah istehsalçılarına köçürməyin mənasız olduğunu vurğulayaraq, "Silah istehsal edən insanlara pul vermək məcburiyyətindəyik, bu gülüncdür. Nüvə enerji istehsalçılarına Rusiyadan yanacaq idxalı birmənalı şəkildə qadağan edilməyib, onlar oradan almağa davam edəcəklər. Çünki Rusiyadan almaq daha ucuzdur" bildirib.

Karbon tullantıları buraxmadığı üçün qalıq yanacaqlara mühüm alternativ olaraq görülən nüvə enerjisinə maraq artır. Dünyada tikilməkdə olan 60 reaktor olsa da, daha 300 reaktor planlaşdırma mərhələsindədir. Bununla belə, mütəxəssislər enerji istehsalı mərhələsində təmiz olsa da, tullantıların saxlanması ilə bağlı risklərə və problemlərə diqqət çəkirlər.

Hazırda 440 nüvə reaktorunda elektrik enerjisi istehsal edən 30 ölkənin əksəriyyəti yanacaq kimi istifadə olunan radioaktiv materialı Rusiyaya bağlı “Rosatom”dan alır. Ötən il “Rosatom” uranın zənginləşdirilməsində dünya lideri, uranın hasilatı və işlənilməsində isə üçüncüdür.

Türkiyə də daxil olmaqla 10 ölkədə 33 yeni reaktor inşa edən “Rosatom” və onun törəmə şirkətləri ötən il 2,2 milyard dollar dəyərində nüvə enerjisi ixrac edib.

Ukrayna rəsmiləri dünya liderlərini “Rosatom”a qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Amma belə bir sanksiya Rusiya yanacağından tamamilə asılı olan Avropanın 5 ölkəsindəki 19 reaktorda problemlər yaradacaq. Digər tərəfdən, əvvəllər Rusiya nüvə yanacağından istifadə edən İsveç, Finlandiya, Slovakiya, Bolqarıstan və Çexiya bu alışları ya tamamilə kəsib, ya da kəsməyə çalışır.

Siyasət rubrikasından digər xəbərlər