Böyük Britaniyada aparılan araşdırmada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avropada İslamofobiyanın artmasına səbəb olan əməliyyatlar təşkil edərək kəşfiyyat qurumlarına maliyyə yardımı etdiyi iddia olunub.
Hafta.az-ın yazdığına görə, bu məsələni Youtube kanalında paylaşan Ardan Zentürk deyib ki, bu işlə çox sayda “faydalı” jurnalist və alim məşğul olur.
Videoda qeyd olunan Dr. Andreas Krieg London Kral Kollecinin Müdafiə Tədqiqatları Departamentinin dosentidir.
"Middle East Eye" jurnalının yazarı Andreas Krieg iyulun 17-də saytda dərc olunan məqaləsində mövzu ilə bağlı bu məlumatları paylaşıb: "78 mindən çox sənədin sızması ilə üzə çıxan məlumat son vaxtlar Avropada manşetlərə çevrilib. Bu sənədlərin ortaya çıxardığı şey ucuz casus romanının süjetinə bənzəyir: Körfəz monarxiyası adından işləyən İsveçrə özəl kəşfiyyat şirkəti 18 ölkədə Avropa vətəndaşlarına, vətəndaş cəmiyyəti qruplarına və şirkətlərə qarşı kütləvi hücuma keçdi".
"Əbu-Dabinin yaratdığı islamçı ovçu artıq sadəcə zorakı ekstremizmə qarşı mübarizə vasitəsi deyil. BƏƏ-nin "Müsəlman Qardaşlar"a qarşı səlib yürüşü Makkartiizmin 21-ci əsr versiyasına bənzəyir və "Müsəlman Qardaşlar"ın Avropanı ələ keçirməyə çalışan qondarma sui-qəsd şəbəkəsi olduğuna dair qorxu yaradan təbliğat aparır", - sayt yazıb.