Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır

21:16 17.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriya hökuməti koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq üçün 26 dekabrda başlayan üçüncü sərt karantin müddətini 24 yanvardan 7 fevrala qədər uzadmağa qərar verdi.

Hafta.az İnterfaks-a istinadən xəbər verir ki, bunu Avstriya kansleri Sebastian Kurtz deyib.

Bildirilir ki, hazırda hər 100 min sakinə 131 yoluxma hadisəsi düşür. Karantinin uzadılmasının səbəbi bu göstəricini 50-yə salmaqdır.

Kansler qeyd edib ki, Avstriya Britaniya və İrlandiyada baş verən xəstəliyin yeni ştammının sürətli yayılması vəziyyətindən qaçınmaq istəyir.

Son məlumata əsasən ölkədə ümumilikdə 393,7 min yoluxma halı qeyd olunub, 7 mindən çox sakin bu virusdan vəfat edib.

Oxunma sayı 201