Avtomat satmaq istəyənlər tutuldu

18:45 26.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi Rayon Polis Şöbəsi silah satışı ilə əlaqədər əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb.