Avtomobil istehsalçıları Çin hissələrinə olan asılılığı azaldırlar

19:40 27.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Financial Times” şirkət rəhbərlərinə və logistika ekspertlərinə istinadən yazır ki, ən böyük xarici avtomobil şirkətləri Qərbin Pekinlə münasibətlərində yarana biləcək fəsadlardan qorxaraq Çin hissələrindən asılılığını azaltmağa başlayıblar.

Ford-un icraçı direktoru Tad Cannis nəşrə bildirib ki, "Logistika ilə bağlı məqamlar kütləvi şəkildə yenidən nəzərdən keçirilir".

Nəşr qeyd edir ki, bu qərara Çin hakimiyyətinin koronavirusa qarşı sıfır dözümlülük siyasəti, eləcə də Rusiya ssenarisi üzrə Qərb və Çin arasında hipotetik münasibətlərin kəsilməsi qorxusu təsir edib.

Nəşrin müəllifləri əmindirlər ki, Çinlə iqtisadi əlaqələrin əhatə dairəsi ilə xarici şirkətlərin onun bazarından tamamilə çıxarılmasından söhbət gedə bilməz. Eyni zamanda şirkətlər Çin daxilində istehsal etdikləri məhsulu yalnız daxili bazar üçün buraxmağı, beynəlxalq məqsədlər üçün isə digər istehsal yerlərindən istifadə etməyi planlaşdırırlar.