Avtomobil qadını vuraraq öldürüb

13:20 08.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, sentyabrın 7-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini C.Həşimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qadını vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.