Avtomobil təmiri sexi yanıb

10:43 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 kv.m olan bir dam altında tikilən avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.